"Xəzər TV"nin reytinqli verilişlərindən olan "Futbol Saatı"nın növbəti buraxılışı efirə yayımlanıb.
Sportarena.az xəbər verir ki, verilişdə qonaq olan "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Qurban Qurbanovun millidən getməsi ilə bağlı fikirlərini açıqlayıb, AFFA və baş katib Elxan Məmmədovu sərt tənqid edib.