Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sabah” - "Keşlə” matçında "Sabah”ın 4, "Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.
"Səbail” - "Qəbələ” matçının 85-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində "Qəbələ”nin məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində "Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində "Səbail”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.