Rusiyanın məşhur futbolçusu, Moskva “Spartak”ının üzvü Denis Qluşakov həyat yoldaşı tərəfindən ittihama tuş gəlib.
Sportarena.az xəbər verir ki, Qluşakovun həyat yoldaşı Darya polisə müraciət edib.O bildirib ki, Qluşakov aliment ödəməkdən imtina edib və onu ölümlə hədələyib. Polis məsələ ilə bağlı araşdırmalara başlayıb.
Rusiya mətbuatı futbolçunun həyat yoldaşı ilə danışığının səs yazısını yayıb. Səs yazısından aydın olur ki, Qluşakovun Daryanı həqiqətən də hədələyib. Qluşakov Moskva “Spartak”ının kapitanıdır.