"Qarabağ”la 2,5 illik müqavilə imzalamağa hazırlaşan Reynaldo Ağdam təmsilçisinin baş məşqçisini qayğılandıran məqama aydınlıq gətirib.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisindən getdiyi ərəfədə müəyyən intizamsızlıqlarla yadda qalan futbolçu klub rəsmiləri ilə danışıqlar zamanı bu problemi geridə qoyduğunu bildirib. Spirtli içkilərdən və gecə həyatından uzaqlaşdığını söyləyən cənubi amerikalı karyerasının uğurlu dönəmini yaşadığı Ağdam klubuna xüsusi həvəslə qayıtmaq istədiyini də dilə gətirib.