“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu məlum olub.
Sportarena.az xəbər verir ki, bu “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb. Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudur.