Fransa çempionatında daha iki oyun təxirə salınıb.
Sportarena.az xəbər verir ki, 18-ci turun "Nitsa" - Sent-Etyen" və "Nant" - "Monpelye" qarşılaşmaları təyin olunduğu vaxtda keçirilməyəcək. Buna səbəb "Sarı Jiletlilər"in ölkədə keçirdiyi aksiyalar olub. Görüşlər polisin tələbi ilə təxirə salınıb.