Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulur.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümündə son oyununu keçirib.
E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyıb.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 1-0
Qol: Lakazetti,16
Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu