Türkiyənin "Fənərbaxça" klubu yollarını ayırdığı baş məşqçi Filip Koku ilə bağlı rəsmi məlumat yayıb.
Sportarena.az xəbər verir ki, hollandiyalı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bildirək ki, Koku bir müddət öncə klubdan ayrılsa da, müqavilənin ləğvi üçün danışıqlar davam edirdi.