"Qarabağ" və "Keşlə" arasında 8-ci kubok dueli

04:15 14 Dekabr 2018

Dekabrın 15-də Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, bu mərhələdə qarşılaşacaq "Qarabağ" və "Keşlə" kubokda 8-ci dəfə üz-üzə gələcək.

 

Komandalar arasında indiyədək baş tutan 7 matçdan 4-də "Qarabağ", 2-də "Keşlə" qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Top fərqində də ağdamlıların üstünlüyü var - 9:5. "Qarbağ" son 3 oyunda qol buraxmadan qələbəyə sevinib. 

 

2004/05 mmövsümündə 1/8, 2007/08 mövsümündə 1/4 final duellərində "İnter" mərhələ adlayıb. 2008/09 mövsümündə rəqibini finalda yenərək kuboka sahib çıxan "Qarabağ" 2015/16 mövsümündə Bakı təmsilçisini yarımfinalda mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, bu mərhələdə "Neftçi" - "Sumqayıt", "Zirə" - "Səbail" və Qəbələ" - "Sabah" görüşləri də keçiriləcək. Bu komandalar indiyədək kubokda üz-üzə gəlməyib.

 

2004/05

1/8 final

Qarabağ (Ağdam) -İnter (Bakı)

1:0, 0:2

2007/08

1/4 final

Qarabağ (Ağdam) -İnter (Bakı)

2:2, 0:1

2008/09

final

İnter (Bakı) -Qarabağ (Ağdam)

0:1

2015/16

1/2 final

İnter (Bakı) -Qarabağ (Ağdam)

0:4, 0:1


Digər xəbərlər

Xəbər xətti