Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportarena.az xəbər verir ki, bu mərhələdə yalnız Topaz Premyer Liqası təmsilçiləri mübarizə aparacaq. Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək.
Azərbaycan kuboku
1/4 final
15-19 dekabr
7. “Neftçi” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
8. “Zirə” – “Səbail” – indiyədək qarşılaşmayıblar
16-20 dekabr
5. “Qəbələ” – “Sabah” – indiyədək qarşılaşmayıblar
6. “Qarabağ” – “Keşlə” – 7 oyun, +4=1-2, top fərqi 9-5
Komandaların kubokdakı yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində Ağdam klubu dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.
2004/05 |
1/8 final |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
1:0, 0:2 |
2007/08 |
1/4 final |
Qarabağ (Ağdam) - İnter (Bakı) |
2:2, 0:1 |
2008/09 |
final |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:1 |
2015/16 |
1/2 final |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:4, 0:1 |