“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub.
Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.
Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Topaz Premyer Liqasının debütantı orda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər hələlik bəlli deyil.