UEFA "Milan"la bağlı qərarını verib.
Sportarena.az xəbər verir ki, maliyyə "fair-play" qaydalarına əməl etməyən İtaliya klubu bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edilib.
Bundan başqa komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək maliyyə "fair-play" qaydalarına əməl etməsə 2022/23 və 2023/24 mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstan "Olimpiakos"una 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.