"Neftçi" - "Sumqayıt" oyununun biletləri satışda

11:21 15 Dekabr 2018

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiymət VİP yerlərə 5, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Azarkeşlər biletləri oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından əldə edə bilərlər. 

Qeyd edək ki, matç dekabrın 15-i saat 19:00-da başlayacaq. 


Xəbər xətti