Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

13:00 15 Dekabr 2018

"Topaz" varsa, demək həftəsonunu səbrsizliklə gözləməyə dəyər. Məhz "Topaz"ın sayəsində futbolun adrenalini ilə mərcin həyəcanı bir-birinə qarışır və ortaya hisslərin bu sintezindən yaranan çoşğulu bir aura çıxır.

 

Bu həftəsonu da bir-birindən maraqlı oyunlarla həm futbol, həm də proqnoz həvəskarlarına zövq verəcək. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" şənbə-bazar günləri üçün müştərilərinə 500-dən artıq oyun təklif edir. Bunlardan 100-dən artıq canlı, 50-yə yaxın isə "təkli" oyun mərc həvəskarlarının ixtiyarındadır. Həftəsonu matçları arasında xüsusi çəkiyə malik bir neşə qarşılaşma var ki, onlardan bəzilərini diqqətinizə çatdırırıq.

 

15 dekabr. "Başakşehir"-"Qalatasaray" (saat 20:00, kod 107)

 

Türkiyə superliqasının vahid lideri mövsümü qeyri-sabir keçirən "Qalatasaray"ı qəbul edəcək. 15 oyuna 33 xal toplayan "Başakşehir" ən yaxın izləyicilərini 7 xal qabaqlayır. Bu mənada Abdulla Avçının komandası Türkiyənin ən möhtəşəm klublarından birinə qarşı görüşə nisbətən rahat çıxacaq. Superliqada ardıcıl 3 turdur qələbə qazana bilməyən, Avropada Çempionlar Liqası ilə vidalaşan "Qalatasaray" isə uğursuz gedişata son qoymaq üçün qələbə qazanmağa borcludur. Hərçənd statistika heç də "Cim-Bom"un xeyrinə deyil. "Qalatasaray" sonuncu dəfə "Başakşehir"i səfərdə 3 il əvvəl məğlub edib. Lider bu matça tam heyətlə hazırdır. "Qalatasaray"da isə Belhanda, Donk, Sinan Gümüş zədəlidir. "Topaz"ın həm canlı, həm də "təkli" oyun statusu verdiyi bu prinsipial qarşılaşmanın əmsallaır belədir: "Başakşehir"in qələbəsi 1.95, heç-heçə 3.25, "Qalatasaray"ın qələbəsi 3.65.

 

15 dekabr. "Torino"-"Yuventus" (saat 23:30, kod 108)

 

154-cü Turin derbisi A seriyasının 16-cı turuna təsadüf edib. 3 gün əvvəl Çempionlar Liqasında formal xarakterli oyunda "Yanq Boyz"a uduzan (1:2) "Yuve" daxili çempionatda hələki məğlubiyyətsiz yeganə komandadır. "Qoca Sinyora" ən yaxın izləyicisi "Napoli"ni 8 xal qabaqlayır. Şənbə derbisində Hedira, Barzagli və Mehdi Benatia zədə səbəbindən olmasa da, "Yuventus" duelin aşkar favoriti sayılır. Son 3 ildəki derbilərin heç birində qələbə qazana bilməyən "Torino" isə "tilsimi" qırmaq üçün bütün gücünü ortaya qoyacaq. "Topaz"ın derbi üçün müəyyənləşdirdiyi əmsallar: "Torino"nun qələbəsi 5.50, heç-heçə 3.35, "Yuventus"un qələbəsi 1.50.

 

16 dekabr. "Liverpul"-"Mançester Yunayted" (saat 20:00, kod 111)

 

Liderlik taxtına yenicə oturan "Liverpul" dərhal da ciddi sınaqdan keçməlidir. "Enfild Roud"a uzun illərin barışmaz, əzəli və əbədi rəqibi "Mançester Yunayted" gəlir.Bu qonşu şəhərlərin komandaları arasında tam 202 oyunluq tarix var. Bu duellrdən 81-də "Liverpul", 66-da isə "Yunayted" qalib gəlib. Bu mövsüm premyer liqada 16 tura 42 xal toplayan, yeganə məğlubiyyətsiz komanda olan "Liverpul" əzəzmətli təsir bağışlayır. Joze Mourinyonun "qırmızı şeytanları" isə hələ də ser Aleksin dövründəki komandanın kölgəsini xatırladır. 6-sı sırada qərarlaşan mançesterlilər ilk "beşlik"dən 8 xal geridir. Qələbə bu fərqi azaltmağa imkan verəcək. "Liverpul" 2013-cü ildən dən bu yana premyer liqa matçlarında "Yunayted"ə qalib gələ bilməsə də, bu dəfəki qarşılaşmanın aşkar favoriti sayılır. "Topaz" təklif etdiyi əmsallarda da bunu görmək olar: "Liverpul"un qələbəsi 1.45, heç-heçə 3.60, "Mançester Yunayted"in qələbəsi 5.30.

 

Bu görüşlərdən başqa həftəsonu "Borrusiya Dortmund"-"Verder", "Beşiktaş"-"Trabzonspor", "Lion"-"Monako" kimi maraqlı qarşılaşmalara da "Topaz"da canlı və "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.


Digər xəbərlər

Xəbər xətti