Ərsun Yanal “Fənərbaxça”ya görə Azərbaycan millisindən imtina etdi

16:08 15 Dekabr 2018

“Fənərbaxça”nın yeni baş məşqçisi Ərsun Yanalla bağlı yeni iddia yayılıb.

 

Sportarena.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Azərbaycan millisini çalışdırmaqla bağlı AFFA-dan təklif alıb. Bu barədə Türkiyənin “A Spor” kanalı məlumat yayıb. İddiaya görə, Yanalın aldığı təkliflər arasında Azərbaycan variantı da olub. Ancaq “Fənərbaxça”dan dəvət alan çalışdırıcı sabiq komandasına qayıtmağı üstün tutub.
 
Qeyd edək ki, Ərsun Yanal İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti