Samir Abasov: "Futbolda "ştatlı penalti vuran" adlı bir şey yoxdu"

22:00 15 Dekabr 2018

"Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail”ə qarşı keçirdikləri ilk oyundan danışıb.

 

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisinin çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

 

"İndi bizim üçün ən vacib olan şey sakitləşməkdi. Çünki qalib gəlsək də, paltardəyimə otağında təəssüf var. Sanki uduzmuşuq, məğlub əhval-ruhiyyəsi var. Düşdüyümüz təzyiqdən çıxa, qol imkanlarını, penaltini dəyərləndirə bilmirik. İkinci matça ciddi hazılaşmalıyıq. İndi vəziyyətimiz ürəkaçan deyil. Yaxşı dincəlib çempionata hazırlaşmalıyıq. Əfsuslar olsun ki, çox xal yığa bilməmişik. Ancaq əlimizi yana salmırıq. Səfərdəki cavab matçında bizi daha çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".

 

- Penaltini niyə Mirsahib Abbasov vurdu? Ştatlı penalti vuran futbolçunuz odu?
- Futbolda "ştatlı penalti vuran" adlı bir şey yoxdu (yetərincə mübahisəli cavab - red.). Bizdə 11 metrlik cərimə zərbəsini Pərdis Fərcad-Azad vurur. Ancaq o, həmin anda ehtiyatda idi. Mirsahib topu çox inamlı şəkildə götürərək zərbəni vurmaq istədi. Bu, futbolçu üçün yaxşı haldı. Lakin kim təminat verə bilər ki, digər futbolçu penaltini dəqiq vura biləcəkdi? İnanıram ki, Mirsahib oyundan qol vurar.


Digər xəbərlər

Xəbər xətti