"Formula 1" üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçildi

11:40 16 Dekabr 2018

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

 

Sportarena.az xəbər verir ki, “Formula 1”in rəsmi saytı vasitəsilə aparılan və 16 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub. (Report) 


Digər xəbərlər

Xəbər xətti