Kamran Ağayev narazı qaldı - HAKİMLƏRƏ HÜCUM ÇƏKDİ

22:01 16 Dekabr 2018

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə" səfərdə "Qarabağ"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, "Keşlə" tərəfi qarşılaşmada hakim idarəçiliyindən narazı qalıb. Matçdan sonra komandanın kapitanı Kamran Ağayev PFL nümayəndələri ilə mübahisə edib. Daha sonra paltardəyişmə otağına gedərkən o, hakimlərin yer aldığı otağa gedib. Bu zaman "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov ona mane olmağa çalışıb. Ancaq qapıçı istəyinə çatıb. Ağayev və Axundov bir neçə dəqiqə hakimlər otağında qaldıqdan sonra oranı tərk ediblər.


Digər xəbərlər

Xəbər xətti