"Keşlə"nin prezidenti hakimlər otağına belə hücum çəkdi - VİDEO

11:26 17 Dekabr 2018

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra paytaxt klubunun prezidenti Zaur Axundovla “Keşlə”nin qapıçısı Kamran Ağayev hakimlər otağına daxil olublar. Halbuki, onların buna ixtiyarı yoxdur. 


Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə keçiriləcək növbəti iclasında “Keşlə” bu hadisəyə görə cəzalanacaq.


Qeyd edək ki, “Qarabağ”ın 1:0 hesabıyla qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib. (futbolinfo)

 

 


Digər xəbərlər

Xəbər xətti