Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunub.
Tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük müəyyən olunub. Qrup liderləri birinci, qrup ikinciləri isə digər səbətdə yer alıb. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.
Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq.
Çempionlar Liqası
1/8 final
Şalke 04 (Almaniya) - Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) - Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa)
Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
Lion (Fransa) - Barselona (İspaniya)
Roma (İtaliya) - Portu (Portuqaliya)
Ayaks (Hollandiya) - Real (İspaniya)
Liverpul (İngiltərə) - Bavariya (Almaniya)