Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-də başlayıb.
Püşkatmada qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb. Püşk zamanı 32 komanda 16 cütlük təşkil edib.
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.
Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)
Brügge (Belçika) - Zalsburq (Avstriya)
Rapid (Avstriya) - İnter (İtaliya)
Slaviya (Çexiya) - Genk (Belçika)
Krasnodar (Rusiya) - Bayer (Almaniya)
Sürix (İsveçrə) - Napoli (İtaliya)
Malmö (İsveç) - Çelsi (İngiltərə)
Şaktyor (Ukrayna) - Ayntraxt (Almaniya)
Seltik (Şotlandiya) - Valensiya (İspaniya)
Renn (Fransa) - Betis (İspaniya)
Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna)
Latsio (İtaliya) - Sevilya (İspaniya)
Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya)
Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya)
BATE (Belarus) - Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)