Millimizin sabiq üzvü klubsuz qaldı

17:21 17 Dekabr 2018

Milli komandamızın sabiq futbolçusu Tuğrul Erat klubsuz qalıb.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu Almaniyanın “Ştralen” klubu ilə yollarını ayırıb. Sağ cinah müdafiəçisi həvəskarlar liqasında oynamaq istəmədiyi üçün belə qərar verib.  Onun karyerasını Türkiyədə davam etdirəcəyi gözlənilir. 

 

Qeyd edək ki, Erat sentyabr ayında “Ştralen” ilə 1 illik sözləşmə imzalayıb. O, 2014-cü ildə əsas milli komandamızın heyətində 2 oyun keçirib. 


Digər xəbərlər

Xəbər xətti