"Neftçi"nin kubokun ilk 1/8 final matçında evdə "Sumqayıt"a 0:2 hesablı məğlubiyyəti rəhbərlik tərəfindən ciddi narazılıqla qarşılanıb.
Sportarena.az xəbər verir ki, oyundan sonra baş məşqçi Robert Bordinlə bu haqda söhbət olub.
Onun qarşısına tələb qoyulub ki, komandanı cavab oyununa ciddi hazırlayıb mərhələni keçməlidir. Əgər "Neftçi" kubokda mübarizəni dayandırsa, o zaman italiyalı ilə daha ciddi söhbət olacaq. Çünki kubok əldən gedəcəyi halda Bordinin çempionluqdan başqa xilas yolu qalmır. Əks halda, mövsümün sonunda postunu itirə bilər. (Rekord)