“Adana Dəmirspor”un baş məşqçisi Yılmaz Vuralın Kadıköydə yerləşən evində soyğun hadisəsi baş verib.
Sportarena.az xəbər verir ki, soyğunçular evdən televizor və kompyuter aparıblar. Qeyd edək ki, sözügefən evdə Vuralın atası yaşayıb. Ötən il atasının dünyasını dəyişməsindən sonra Yılmaz Vural tez-tez evə ziyarət edir.