İlkin Muradov "Zirə”də qol hesabını açıb.
Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu ilk qolunu Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail”lə ilk matçda vurub. Bu qolla komandaya 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi özünün 33-cü oyununda fərqlənib.
Muradov "Zirə”nin tarixinə rəqib qapısına qol vuran 51-ci futbolçu kimi düşüb. O, bunu Azərbaycan kubokunda gerçəkləşdirən 8-ci oyunçu olub.