"Neftçi” klubu 13 yaşadək futbolçulardan ibarət komandasının futbolçusu Lorenzo Mezzotero ilə 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini uzadıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək flaqmanın formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə görə, italiyalı oyunçu Azərbaycanda "Neftçi”dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.
Qeyd edək ki, 2017-ci ilin fevralından "Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.