"Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu uğursuz yubiley 1/4 final mərhələsinin "Qarabağ”la ilk oyununda gerçəkləşib.
Əvvəllər "Xəzər Universiteti” və "İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan "Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. "Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.