Millinin baş məşqçisi AFFA-ya etiraz etdi: "Bu, mənə qarşı qərəzdi"

11:49 19 Dekabr 2018

UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.


Sportarena.az xəbər verir ki, ali ada layiq görülən məşqçilərə diplomlar AFFA-nın Futbol akademiyasında təqdim olunub.Onlar arasında Rəşad Sadıqov, Elçin Rəhmanov, Samir Abasov, Mahmud Qurbanov, Zaur Həşimov, Elşad Əhmədov və Ramin Quliyev kimi şəxslər var.


19 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Vüqar Məmməd kursu müvəffəqiyyətlə başa vura bilməyib.Yığmanı Avropa çempionatının elit-raunduna yüksəldən gənc çalışdırıcı ona verilən qiymətdən AFFA-ya narazılığını bildirib. Məmməd iddia edib ki, bu, qərəzli qərardı və təkrar imtahan verməyə hazırdı.

 

40 yaşlı mütəxəssislə yanaşı, “Sumqayıt” akademiyasının sabiq koordinatoru Baba Əsgərov da imtahanı uğurla verə bilməyib.


Digər xəbərlər

Xəbər xətti