Maliyyə problemlərinə görə Qazaxıstanın "Astana" klubundan ayrılmağa hazırlaşan Riçard Almeydanın yaxın günlərdə Bakıya səfər etməsi gözlənilir.
Sportarena.az xəbər verir ki, futbolçu "Qarabağ"a geri dönmək niyyətindədir. Baş məşqçi Qurban Qurbanov da 29 yaşlı futbolçunun qayıtmasına razılıq verib.