"Mançester Yunayted"dəki işinə son verilən baş məşqçi Joze Mourinyo klubdan aldığı kompensasiyanı sürətlə xərcləməyə başlayıb.
Sportarena.az xəbər verir ki, Mourinyo 3 il boyunca qaldığı hotelə 800 min avroya yaxın məbləğ ödəyib. O baş məşqçi olarkən şəhərdə ev kirayələmək yerinə lüks hoteldə yaşamağı üstün tutub.
Bildirək ki, Mourinyo klubdan 27 milyon avro kompensasiya almışdı.