"Bu oyunun nə qədər vacib olduğunu demək istəyirəm. Çünki qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyiridk. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Səbail"ə 3:2 hesabı ilə qalib gələrək, yarımfinala yüksələn "Zirə"nin baş məşqçisi Samir Abasov deyib. Abasov qələbənin komandası üçün təkan olacağını vurğulayıb:
"Bu qələbə bizim üçün bir təkan oldu. Hədəfimiz bacardığımız qədər yüksək yerlərə qalxmaqdır. “Zirə”nin oyunu o qədər pis deyil. Biz axırıncı yerlərə layiq olmayan komandayıq. Deyilənləri qışdan sonra təsdiq edəcəyik”.