Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab oyunu keçiriləcək.
Sportarena.az xəbər verir ki, öncə Masazırda debütant “Sabah” yarışın sonuncu finalçısı "Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında reallaşan ilk görüşdə "qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəliblər.
Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə” ölkə çempionu "Qarabağ”ı qonaq edəcək. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəliblər.
Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə "Zirə" və "Sumqayıt" komandaları qarşılaşacaq.
Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr
Sabah - Qəbələ 0-1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Masazır. "Əlincə Arena”, 16:00.
İlk oyun - 0:1.
Keşlə - Qarabağ 1-1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Bakı. "ASK Arena”, 19:00.
İlk oyun - 0:1.