"Neftçi"dən ayrılan futbolçunun yeni klubu bəlli oldu

15:25 20 Dekabr 2018

"Neftçi”dən ayrılan futbolçu Rəşad Eyubovun yeni klubu müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, bildirib ki, karyerasını Premyer Liqanın debütantı "Sabah”da davam etdirəcək:

"Neftçi”ni az oyun vaxtı aldığım üçün tərk etdim. Karyeramı "Sabah”da davam etdirəcəyəm. Sabah müqavilə imzalamalıyam. Böyük ehtimalla, sözləşmənin müddəti 1,5 illik olacaq”.

 

Qeyd edək ki, Rəşad Eyubov "Neftçi”yə mövsümün əvvəlində "Sumqayıt"dan keçib. O, komandanın heyətində 6 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti