Poverliftinq üzrə dəfərlərlə Dünya və Avropa çempionu olmuş, o cümlədən dünya rekordçusu Ramil Əhmədov başa çatmaqda olan ilin sonunda xoş xəbərə sevinib.
Sportarrena.az xəbər verir ki, titullu idmançımıza əməkdar idman ustası adı verilib. Ramil Əhmədov bu ada layiq görüldüyü üçün çox xosbəxtdir:
"2018-ci il üçün idman uğurlarıma daha biri əlavə olundu və buna görə də çox sevinirəm. Hər kəsə təşəkkürümü bildirirəm. Onu da deyim ki, mən bu il 5 mötəbər yarışda iştirak etdim. 2 dəfə Avropa çempionatının qızıl medalını qazandım, WRPF versiyası üzrə dünya çempionatında bürünc medala layiq görüldüm. Bundan əlavə, poverliftinq üzrə ölkə çempionatında və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan xatirə turnirində qızıl medal sahibi oldum".
Qeyd edək ki, Ramil Əhmədov "Zirvə" Beynəlxalq İdman Klubunun da üzvüdür.