Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi "Boluspor"un bu mərhələdə "Qalatasaray"a rəqib olub.Digər İstanbul təmsilçisi "Fənərbaxça" isə bu raundda "Ümraniyespor"la üz-üzə gələcək.
"Kayserispor" - "Akhisarspor"
"Boluspor" - "Qalatasaray"
"Ümraniyespor" - "Fənərbaxça"
"Yeni Malatyaspor" - "Bodrumspor"
"Başakşəhər" - "Hatayspor"
"Trabzonspor" - "Balıkesirspor"
"Alanyaspor" - "Kasımpaşa"
"Antalyaspor" - "Göztepe"
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2019-cu il 15 - 17 yanvarda, cavab qarşılaşmaları isə 22 - 24 yanvarda baş tutacaq.