"Sumqayıt” futbol klubunun qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçunun adı müəyyənləşib.
Sportarena.az "Report”a istinadən xəbər verir ki, bu, "Zirə”nin qapıçısı Kamal Bayramovdur. Baş məşqçi Ayxan Abbasov qəsəbə təmsilçisinə rəhbərlik etdiyi dönəmdən potensialına yaxşı bələd olduğu 33 yaşlı qolkiperi komandasında görmək istəyir. Lakin Bayramovun hazırkı klubu ilə 2019-cu ilin iyununadək müqaviləsi var. Bu səbəbdən, "gənclik şəhəri” təmsilçisi yaxın günlərdə "Zirə”yə rəsmi təklif göndərəcək.
Əvəzində icarə müqaviləsi başa çatan Orxan Sadıqlı müqavilə üzrə məxsus olduğu "Keşlə"yə qayıdıb.
Qeyd edək ki, hazırda "Sumqayıt”ın əsas qapıçısı Mehdi Cənnətovdur.