UEFA "Qəbələ"yə 25 min avro köçürüb.
Sportarena.az xəbər verir ki, bu, Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “qırmızı-qaralar"ın hesabına səyahət və yerləşmə ödənişdi.
Həmin vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.