"Bakı"nın Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasının adı dəyişdirilib.
Sportarena.az xəbər verir ki, təlim-məşq mərkəzini məhkəmə yolu ilə Hafiz Məmmədovdan alan "Delfin" MMC-in rəhbərliyi artıq buranın yeni hüquqi sahibidir.
2011-ci ildən rəsmi fəaliyyətə başlayan kompleksə indi "Biləcəri" Futbol Mərkəzi adı verilib.