"Astana"da çıxış edən Pedronun yenidən "Qarabağ"a dönüşü müzakirə olunsa da bu, baş tutmayacaq.
Sportarena.az xəbər verir ki,sözügedən futbolçunun müqavilə ilə məxsus olduğu PAOK onu yenidən geri qaytarmaq istəyir.
Yəni futbolçunun "Astana" ilə icarə müqaviləsi başa çatan kimi yenidən Yunanıstana qayıdacaq. "Qarabağ" Pedronu əldə etmək istəyirsə, birdəfəlik transfer etməlidir. Transfer haqqı isə çox yüksəkdir. (Rekord.az)