"Arsenal" Məsut Özillə yolları ayıra bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Məlumatda qeyd edilib ki, performansında eniş olan futbolçu baş məşqçi Unai Emerinin gələcək planlarında daxil deyil. Özilin qış fasiləsində icarəyə veriləcəyi istisna edilməyib.
Qeyd edək ki, "Arsenal"la yeni müqavilə imzalayan 30 yaşlı Türkiyə əsilli alman yarımmüdafiəçinin illik maaşı 21,5 milyon avrodur.