Daha bir futbolçu "Sumqayıt"dan ayrılıb.
Sportarena.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Orxan Sadıqlının başa çatan icarə müqaviləsini yeniləməyib. Müqavilə ilə "Keşlə"yə məxsus olan qolkiper paytaxt klubunun düşərgəsinə dönəcək. O, cari mövsümdə "Sumqayıt"ın heyətində cəmi 2 Premyer Liqa və 1 kubok oyununa çıxıb.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl Orxan Əliyevlə yollarını ayırıb.