“Yuventus” “Adidas”la olan müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Sportarena.az xəbər verir ki, Turin klubu 2021-ci ildə bitəcək müqaviləni 6 il də artırıb. Bu dəfə tərəflər arasında imzalanan müqavilənin dəyəri daha çoxdur. Belə ki, şirkət 6 il üçün “Yuventus”a rekord məbləğ ödəyəcək. 6 illik sözləşmənin dəyəri 408 milyon avro olacaq.
Bunun səbəbi isə Kriştianu Ronaldonun “Yuventus”a keçməsidir.