UEFA Çempionlar Liqası tarixi ərzində çıxış etmiş klubların reytinq siyahısı açıqlanıb.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda "Qarabağ" klubu 33 xalla 100-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib.
Qurban Qurbanvoun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. "Köhlən atlar" bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.
Azərbaycanın digər klublarına gəlincə, "Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.