Çempionlar Liqasının qrup mərhələsində ötürmə dəqiqliyinə görə ən yaxşı göstəriciyə malik futbolçunun adı açıqlanıb.
Sportarena.az xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun oyunçusu Aksel Vitseldir. 29 yaşlı futbolçu 96% göstərici ilə ilk pillədə qərarlaşıb. Onun 447 ötürməsindən 427-si ünvanına çatıb.
Bildirək ki, "Top-5"likdə Toni Kroos ("Real Madrid"), Serxio Buskets, İvan Rakitiç ("Barselona") və Marek Hamşik qərarlaşıb.