"Sumqayıt" ilk transferini reallaşdırdı

18:45 25 Dekabr 2018

“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq "Neftçi"də çıxış etmiş Rəşad Əzizlini heyətinə qatıb. 24 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

 

Əzizli yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Rəşad Əzizli futbolçu karyerası ərzində “Neftçi”dən başqa (17 oyun), “Simurq”, “Rəvan” (16 oyun) və AZAL-ın (2 oyun) uğurları üçün çalışıb. 1994-cü il təvəllüdlü qapıçı 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.


Digər xəbərlər

Xəbər xətti