"Bizə korrupsiya xarakterli müxtəlif təkliflər olub" - AMADA-nın direktoru

18:52 25 Dekabr 2018

"Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda qeyri-qanuni təkliflərlə üzləşib. Bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində korrupsiya xarakterli müxtəlif təkliflər olub".

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Direktor bildirib ki, AMADA yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə bilər. Qurum rəhbərinin sözlərinə görə, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridi:

 

"İdmançıların siyahıları, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidi. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdı".

 

Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.

 

Onun sözlərinə görə, peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi qanuna ziddi. Qurumun direktoru bildirib ki, bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək.


Digər xəbərlər

Xəbər xətti