Qış fasiləsindən sonra lider mövqeyini "Qarabağ”a vermək istəməyən "Neftçi” Baqali Dabonun ardından "Qəbələ”nin daha bir futbolçusunu "oğurlamaq” istəyib.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar”ın meneceri Ceyhun Sultanov vasitəsi ilə Jozef Stiven-Monroza şirnikləndirici təklif göndərib. 28 yaşlı fransalı hücumçuya "Qəbələ”də qazandığından daha çox məvacib verməyə hazır olduğunu bildirən Bakı klubu ona paytaxtda lüks mənzil və sürücü veriləcəyini çatdırıb.
Qəbələ təmsilçisi ilə müqaviləsi olan Stiven-Monrozun bölgə təmsilçisini tərk etmək ehtimalı isə çox deyil. "Qırmızı-qaralar” ön xətt oyunçusunu azı yaya qədər heyətdə saxlamaqda maraqlıdı. Bu isə o deməkdi ki, "Neftçi” futbolçunun indiki klubuyla sazişini qarşılıqlı razılıq əsasında pozdura bilməyəcək. (fanat.az)