"France Football" nəşri Fransanın 2018-ci il üçün ən yaxşı futbolçusunu seçib.
Sportarena.az xəbər verir ki, bu ada PSJ-nin gənc ulduzu Kilian Mbappe layiq görüb.
Qeyd edək ki, Kilian Mbappe bu il Fransa milli komandasının heyətində dünya çempionu olub. 20 yaşlı hücumçu "Qızıl Top" mükafatının səsverməsində 4-cü yeri tutub.