"Keşlə"nin Antalyadakı rəqibləri bəlli oldu

11:15 26 Dekabr 2018

"Keşlə"nin hazırlıq planı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, fasilə müddətində "Keşlə"nin təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. Bakılılar qış hazırlığına elə Bakıda start verəcək. İkinci mərhələdə Tərlan Əhmədovun komandası Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-da başa çatacaq.

 

Türkiyə toplanışı çərçivəsində "Keşlə" ayın 17-də "Okjeptes" (Qazaxıstan), 23-də "Konkordiya" (Rumıniya), 25-də "Çertanovo" (Rusiya) ilə qarşılaşacağı dəqiqləşib. Ayın 20-dəki rəqibin isə adına hələ aydınlıq gəlməyib.


Digər xəbərlər

Xəbər xətti