FIFA Türkiyənin II Liqa klubu "Qaziantepspor”u cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsidi.Qurum "Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib. Bu barədə məlumatı klubun prezidenti Hasan Şahin də təsdiqləyib.
Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illərdə "Qaziantepspor”da çıxış edib.